[b]Fransalı məşqçi “Qarabağ” haqda: Sanki Avropa nəhənginə qarşı oynayırdıq[/b]
20.09.2014 - 15:15
[b]Fransalı məşqçi “Qarabağ” haqda: Sanki Avropa nəhənginə qarşı oynayırdıq[/b]

“Bir “Sent-Etyen” azarkeşi kimi çox məyus oldum. “Qarabağ” həmin görüşdə tamamilə üstün oynadı”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Sent-Etyen”in sabiq baş məşqçisi Rober Erben deyib.

 

Avroliqanın qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la 0:0-lıq heç-heçəyə imza atan Fransa klubunun keçmiş çalışdırıcısı narazı qalıb.

 

O bildirib ki, belə oyunla “Sent Etyen” qrupda qalacaq: “Komandamız ancaq müdafiədə oynayır. Hücuma keçərkən futbolçular özlərini itirirlər. Belə oyunla heç bir uğur qazanmaq olmaz. Bakıda 90 dəqiqə ancaq müdafiə olunduq. Sanki hansısa bir Avropa nəhənginə qarşı oynayırdıq. Artıq “Sent-Etyen”ə inam azalıb. Baş məşqçi Kristof Qaltye yalnız futbolçuların fərdi keyfiyyətlərinə göz dikir. Onlar da ancaq müdafiə olunmağı bacarırlar. “Qarabağ” isə gözləniləndən daha yaxşı oynadı. Onları təbrik edə bilərik. Düşünürəm ki, Azərbaycan komandası qrupun 2 favoritindən biri ola bilər”.

 

 

0