“Sumqayıt” uduzdu, baş məşqçi narazı qalmadı
20.09.2014 - 18:40
“Sumqayıt” uduzdu, baş məşqçi narazı qalmadı

Topaz Premyer Liqasının VI turunda öz meydanında AZAL-a 0:1 hesabı ilə uduzan “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, o, nəticədən narazı qalmadığını söyləyib: “Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar meydanda yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedici heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq” (pfl).

0