[b]Oğuz Çətin: Sözü çox uzatmaq niyyətim yoxdu[/b]
20.09.2014 - 20:30
[b]Oğuz Çətin: Sözü çox uzatmaq niyyətim yoxdu[/b]

“Sözü çox uzatmaq niyyətim yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Türkiyəli mütəxəssis bu gün Topaz Premyer Liqasında VI turun oyunda evdə “Araz Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Mənim oyunçularım qol zamanı stressdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədir. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq”.

 

Mənbə: pfl.az

0