“Qarabağ” “Simurq”u əliboş yola saldı
21.09.2014 - 20:51
“Qarabağ” “Simurq”u əliboş yola saldı

Bu gün Topaz Premyer Liqasında VI turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, son matç günündə də 2 qarşılaşma reallaşıb.

 

Turun ən maraqlı oyunlarında biri Qəbələdə baş tutub. Burda şəhərin eyni adlı komandası ilə “Neftçi” üz-üzə gəlib. Son turda çətin qələbələr əldə edən “Qəbələ” bakılıları da məğlub etmək niyyətində idi. Lakin qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib gələn tərəf olmayıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Tura çempion “Qarabağ”la “Simurq”un qarşılaşması ilə yekun vurulub. Ötən tur AZAL-ı məğlub edən (3:0) Ağdam təmsilçisi liderlərdən uzaq düşməmək üçün bu görüşdə mütləq qalib gəlmək məcburiyyətində idi. Elə baş məşqçi Qurban Qurbanovun yetirmələri də istədiklərinə nail olublar – 1:0

 

Qeyd edək ki, lider “İnter” “Bakı”nı 7:0, AZAL “Sumqayıt”ı 1:0, “Xəzər Lənkəran” “Araz Naxçıvan”nı 2:0 hesabı ilə üstələyib.

 

Topaz Premyer Liqası 

VI tur 

21 sentyabr (bazar)

“Qarabağ” – “Simurq” - 1:0

QOL: Vüqar Nadirov, 65

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu

 

QARABAĞ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev, 44. Leroy Corc

Baş məşqçi: Qurban Qurbaov

 

SİMURQ:  35. Amil Ağacanov  (k), 3. Adam Banaş, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 9. Lukas Tresnak, 13. Əli Gökdemir, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov

Baş məşqçi: Georgi Çıxradze

 

 

“Qəbələ” – “Neftçi” - 0:0

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov

Qəbələ şəhər stadionu

 

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 11. Andrei Kristea, 13. Murad Musayev, 21. Yazalde de Pinto, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov

Baş məşqçi: Dorinel Muntyanu

 

NEFTÇİ: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev

Ehtiyat oyunçular: 12. Pavels Doroşevs, 3. Denis Silva, 15. Erik Ramos, 16. Bruno Bertucci, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev

Baş məşqçi: Arif Əsədov

 

 

Komanda

o

q

h

m

t/f

x

1 İnter

6

4

1

1

19-3

13

2 Sumqayıt

6

4

0

2

8-7

12

3 Neftçi

5

3

1

1

4-4

10

4 Qəbələ

6

3

1

2

6-7

10

5 Qarabağ

5

2

2

1

6-5

8

6 Xəzər L

6

2

1

3

4-5

7

7 AZAL

5

2

1

2

4-7

7

8 Simurq

5

2

0

3

6-5

6

9 Araz N

5

1

0

4

4-7

3

10 Bakı

5

0

1

4

3-14

1

 

0