AZAL-ın sabiq futbolçusu özünə yeni klub tapdı
21.09.2014 - 01:14
AZAL-ın sabiq futbolçusu özünə yeni klub tapdı

Ötən mövsümün sonu AZAL-la yollarını ayıran ABŞ-lı futbolçu Con Oluremi özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi bundan sonra Mərakeş çempionatında top qovacaq.

 

O, sözügedən ölkənin "MAS Fes" klubu ilə 2 illik rəsmi müqavilə bağlayıb.

 

Qeyd edək ki, Oluremi 2013/14 mövsümündə Bakının AZAL klubunda çıxış edib.

 

 

Mənbə: futbolinfo.az 

0