Florentin Poqba: “Qarabağ”la oyun çətin keçdi
21.09.2014 - 16:22
Florentin Poqba: “Qarabağ”la oyun çətin keçdi

“Bəli, Mustafa Bayal Sall mənə böyük köməklik edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sent-Etyen”in müdafiəçisi Florentin Poqba deyib.

 

Bu gün “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransa klubu ölkə çempionatında səfərdə “Lans”la qarşılaşacaq. “Yuventus”un futbolçusu Pol Poqbanın böyük qardaşı onunöncəsi mətbuat konfransında iştirak edib.

 

24 yaşlı oyunçu Bakıdakı oyundan da danışıb: “Biz meydanda onunla bir-birimizi yaxşı anlayırıq. Bu da bizim üçün böyük üstünlükdür. Hazırda zədəli olmasına baxmayaraq, Loik də mənə bəzi məsləhətlər verir. Həmçinin kiçik qardaşım Pol da hər oyundan sonra mənimlə danışır. Hər kəs mənə başqa-başqa məsləhətlər verir. Avropa Liqasının qrup mərhələsinin ilk oyununda, Bakıda “Qarabağ”la matçdan sonra biz “Lans”la qarşılaşacağıq. Azərbaycandakı oyun çətin keçdi. Nə olursa-olsun, biz bu görüşdə qələbə qazanmaq istəyirik. Yenə də bu, bizim üçün çətin olacaq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu 0:0 hesabı ilə başa çatmışdı. Florentin Poqba Bakıda baş tutan matçda meydana start heyətdə daxil olmuş və qarşılaşmada 90 dəqiqə mübarizə aparmışdı.

0