Moskva derbisinin taleyini bir qol həll etdi
21.09.2014 - 17:47
Moskva derbisinin taleyini bir qol həll etdi

Bu gün Rusiya Premyer Liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər yalnız 1 qarşılaşmaya şahidlik ediblər.

 

Moskva derbisində MOİK “Lokomotiv”i qonaq edib. Matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola 33-cü dəqiqədə Əhməd Musa imza atıb.

 

Sabah isə “Amkar” “Krasnodar”la, “Torpedo” “Dinamo” ilə üz-üzə gələcək.

 

Beləliklə, VIII turdan sonra turnir cədvəlinə 24 xalla “Zenit” başçılıq edir. Aktivində 18 xal olan MOİK 2-ci, eyni xalla “Kuban” (18) isə üçüncü yerdə qərarlaşıb.

 

Rusiya Premyer Liqası

VIII tur

19 sentyabr

“Arsenal” – “Mordoviya” - 0:1

 

20 sentyabr

Ufa – Ural – 0:1

“Rostov” – “Zenit” – 0:5

“Kuban” – “Rubin” – 2:1

“Spartak” – “Terek” – 2:1

 

21 sentyabr

MOİK - “Lokomotiv” - 1:0

 

22 sentyabr

“Amkar” – “Krasnodar”

“Torpedo” – “Dinamo”

0