[b]Arif Əsədov: Sonluqlar heç də yaxşı alınmadı[/b]
21.09.2014 - 19:23
[b]Arif Əsədov: Sonluqlar heç də yaxşı alınmadı[/b]

“Biz qələbə üçün gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının VI turunda səfərdə “Qəbələ” ilə 0:0 hesablı heç-heçəyə şərh verib: “Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım. Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.(pfl)

0