[b]Qurban Qurbanov: Vacib 3 xal qazandıq[/b]
21.09.2014 - 21:31
[b]Qurban Qurbanov: Vacib 3 xal qazandıq[/b]

"Maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

 

Bu gün Topaz Premyer Liqasının VI turunda “Qarabağ” evdə “Simurq”u 1:0 hesabı ilə məğlub edib.

 

Oyundan sonra Qurbanov bunları deyib: “Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”. (pfl)

0