Bolqarıstan millisinin kapitanı: Bunu Azərbaycanla oyunda yaşadım
22.09.2014 - 10:00
Bolqarıstan millisinin kapitanı: Bunu Azərbaycanla oyunda yaşadım

“Oktyabrın 10-da Xorvatiyaya qarşı oynamaq üçün yaxşı şansım yaranıb. Əməliyyat uğurlu keçdiyindən, artıq qarşıdakı matçları düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının futbolçusu İvelin Popov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində, sentyabrın 9-da Bakıda millimizə qarşı keçirilən ilk oyunu zədə üzündən buraxan kapitan durumu ilə bağlı açıqlama verib. Popov yığmamızla bu ay keçirilən görüşü də xatırlayıb: “Komandanın oyununu kənardan izləmək çox ağırdı. Bunu Azərbaycanla oyunda yaşadım. Yenidən eyni halla üzləşmək istəmirəm. Meydanda komanda yoldaşlarımla olmağa can atıram. Düzdür, mən olmadan da komandamız Azərbaycana qarşı əla oynadı. Futbolçularımızın oyununu yüksək qiymətləndirirəm. Bizim üçün hər oyun vacibdi. Çünki onların hər birində 3 xal verilir. Qarşılaşma ərzində neçə qol imkanı əldə etməyin önəmi yoxdu. Əsas olan 3 xaldı”.

 

Qeyd edək ki, Azərbaycan millisi ev oyununda Bolqarıstana 1:2 hesabı ilə məğlub olub.

0