“Qarabağ” “qara zolaq”dan çıxdı
22.09.2014 - 10:47
“Qarabağ” “qara zolaq”dan çıxdı

Azərbaycan çempionu “Qarabağ” üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb.

 

Belə ki, son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə ediblər. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibindən güclü olub.

 

Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb. 

0