İspanlar Bakı klubu ilə oynayacağı tarixi açıqladılar
22.09.2014 - 10:52
İspanlar Bakı klubu ilə oynayacağı tarixi açıqladılar

Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı”nın CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində ilk matçının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, “universitet komandası” İspaniyanın “Loqrono” klubu ilə noyabrın 12-də oynayacaq.

 

Loqrono şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, Bakı klubu rəqibini noyabrın 25-27-si tarixlərindən birində qəbul etməlidir. 

0