[b]Topaz Premyer Liqasında “radar”a düşənlər[/b]
22.09.2014 - 11:09
[b]Topaz Premyer Liqasında “radar”a düşənlər[/b]

Topaz Premyer Liqasının VI turu 3 futbolçu üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, mövsümün yeni start götürməsinə baxmayaraq, həmin oyunçular artıq sarı vərəqə limitini doldurublar.

 

Xəbərdarlıqlar üzündən cəzalı duruma düşən ilk futbolçuların hamısı 6 oyun keçirən klubların üzvləridi. Bunlar Adrian Ropotan (“Qəbələ”), Derlis Meza Kolli (“İnter”) və Bəxtiyar Həsənəlizadədi (“Sumqayıt”).

 

Sonuncu bu oyunadək tək turlarda – I, III və V turda sarı vərəqə görmüşdü. “İnter”in legioneri isə 2-4-cü turlarda ardıcıl 3 dəfə cəzalandıqdan sonra V turu vərəqəsiz başa vursa da, yenidən xəbərdarlıq alıb. Ropotan isə cüt – II, IV, VI turlarla yanaşı, V turda da hakimi əlini cibinə atmağa vadar edib.

 

Qeyd edək ki, VII turda “Qəbələ” “Xəzər Lənkəran”, “Simurq” “Sumqayıt, “İnter” isə AZAL-la görüşəcək.

 

0