[b]Alfred Sanko Türkiyəyə gedəsi olmadı [/b] - YENİLƏNİB
22.09.2014 - 14:10
[b]Alfred Sanko Türkiyəyə gedəsi olmadı [/b] - YENİLƏNİB

Topaz Premyer Liqasının VI turunda “Araz-Naxçıvan” üzərində 2:0 hesablı qələbə qazanan “Xəzər Lənkəran” itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın syerre-leoneli futbolçusu Alfred Sanko yenidən zədələnib.

 

Futbolçu əməkdaşımızla söhbətində bildirib ki, müalicə almaq üçün bu gün Türkiyəyə yollanacaq. O, baş məşqçi Oğuz Çətinin istəyi ilə zədəsini qardaş ölkədə sağaldacaq. Sankonun nə zaman heyətə dönəcəyi isə hələlik bəlli deyil.

 

Sanko ilə yanaşı, gənc qapıçı Orxan Sadıqlı da zədəlidi. Hazırda ayağı sarğıda olan qolkiperin heyətə dönəcəyi tarix dəqiq bilinmir.

 

Premyer Liqanın növbəti turunda “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran” isə bu oyunun hazırlıqlarına sabahdan etibarən start verəcək. Cənub klubu sabah saat 17:00-da Bakıda ilk məşqini keçirəcək.

 

Son məlumata görə, Sanko Türkiyəyə getməyəcək. Bakıda yenidən müalicə olunan futbolçunun zədəsinin o qədər də ciddi olmadığı üzə çıxıb. Həkimlərin rəyinə görə, onun İstanbulda müalicəsinə ehtiyac duyulmayıb.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı sentyabrın 28-də baş tutacaq.

 

0