“İnter”in Gürcüstana gedəcəyi tarix bilindi
22.09.2014 - 11:37
“İnter”in Gürcüstana gedəcəyi tarix bilindi

“İnter” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə Gürcüstana gedəcək. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının liderinin artıq qonşu ölkəyə gedəcəyi tarixə aydınlıq gəlib.

 

“Bankirlər” oktyabrın 2-də ölkəni tərk edəcək. Burda 3 yoxlama oyunu keçirməyi planlaşdıran Kaxaber Sxadadzenin yetirmələri oktyabrın 12-də vətənə qayıdacaq. Hələ ki, “İnter”in Gürcüstandakı 10 günlük toplanış müddətində gücünü sınayacağı rəqiblərin adları bilinmir.

 

Qeyd edək ki, millimizin oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə seçmə matçları ilə əlaqədar ölkə çempionatında təxminən 20 günlük fasilə olacaq. Belə ki, sentyabrın 28-də VII tura yekun vurulacaq. VIII tur isə oktyabrın 17-də start götürəcək.

 

 

0