[b]Andrey Kristea: Premyer Liqanın təqvimi çox ağırdı[/b] – MÜSAHİBƏ
22.09.2014 - 12:17
[b]Andrey Kristea: Premyer Liqanın təqvimi çox ağırdı[/b] – MÜSAHİBƏ

“Qəbələ” klubunun rumıniyalı hücumçusu Andrey Kristeanın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VI turunda doğma meydanda “Neftçi” ilə heç-heçə etdiniz. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?

- Çox çətin və maraqlı qarşılaşma alındı. “Neftçi” çox güclü komandadı. Belə oyunda bir xal qazanmaq da pis nəticə deyil. Lakin biz daha yaxşı oynadıq. Qol epizodları yaratdıq, amma onlardan istifadə edə bilmədik.

 

- Bir xalı “Qəbələ” üçün yaxşı nəticə sayırsınız?

- Bəli. Yaxşı oyun göstərdik və məqsədimiz xal qazanmaq idi. “Neftçi” kimi komanda ilə görüşdə meydanı xalla tərk etmək və xeyli qol epizodları yaratmaq bizim üçün normaldı. Düzdü, çempionat oyunları elədi ki, hər qarşılaşmaya 3 xal üçün çıxmalıyıq. Çünki həmin xallar sonra bizə lazım olacaq.

 

- Sizcə, komandanız yaratdığı qol imkanlarından nə üçün istifadə edə bilmədi?

- Futbolda həmişə qol vurmaq mümkün deyil. Xeyli qol imkanları yaradıb, onlardan istifadə edə bilmiriksə, bu, o demək deyil ki, komandada qol vurmaq problemi var. Sadəcə, belə alındı. Qarşıdakı turlarda daha yaxşı nəticə və qələbələr qazanmağa çalışacağıq.

 

- Siz hücumçu olsanız da hələ də qol vura bilməmisiniz. Bunun səbəbi nədi?

- Buna dəqiq bir səbəb deyə bilmərəm. Düzdü, məni qol vurmaqdan daha çox komandamızın uğurları düşündürür. “Qəbələ”nin qalib gəlməsi hamımızın uğurudu. Təbii, hücumçu kimi mən də qol vurub komandama kömək etmək istəyirəm. İnanıram ki, qarşıdakı matçlarda bunun öhdəsindən gələcəm.

 

- Növbəti turda “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz...

- Artıq “Xəzər Lənkəran”la oyunda qələbə qazanmalıyıq. Düzdü, çətin rəqibdi və güclü heyətə malikdirlər. Amma meydana 3 xal üçün çıxacağıq. Hazırda bizim üçün Premyer Liqanın təqvimi çox ağırdı. “Neftçi” kimi komanda ilə oynadıq və indi bizi daha çətin bir komanda – “Xəzər Lənkəran” gözləyir. Çalışacağıq ki, bu matçlardan üzüağ çıxaq.

 

Elsevər MƏMMƏDOV

0