[b]Pelleqrini “Çelsi”ni “kiçik komanda” adlandırdı[/b]
22.09.2014 - 13:31
[b]Pelleqrini “Çelsi”ni “kiçik komanda” adlandırdı[/b]

“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini “Çelsi”ni sərt tənqid atəşinə tutub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis həmkarı Joze Mourinyonun yetirmələrinin nümayiş etdirdiyi müdafiə taktikasından narazı qalıb.

 

Pelleqrini 1:1 hesabı ilə başa çatan Premyer Liqa matçından sonra rəqib komanda barədə tənqidi fikirlərini açıqlayıb: “Bu matç “Stok Siti” ilə oyunumuza çox bənzəyirdi. 10 nəfər meydanın özlərinə aid hissəsində müdafiə olunurdu. Onlar bizi əks-hücumda yaxaladı və sonadək müdafiə olunmaqda davam etdi. Biz 90 dəqiqə boyunca arxa xəttə oturan kiçik komanda ilə görüşdük. Vacib olan da kiçik deyil, böyük komanda kimi oynamaqdı. Biz də “Çelsi” kimi oynasaydıq, narazı qalardım. Amma bizim komanda öz oyununu göstərdi” 

0