[b]Mustafa Dənizlidən böyük iddia: O, klubdan ayrılacaq[/b]
22.09.2014 - 13:45
[b]Mustafa Dənizlidən böyük iddia: O, klubdan ayrılacaq[/b]

“Emenike mövsümü “Fənərbaxça”da tamamlaya bilməyəcək. Bunu təcrübəmə əsasən deyirəm. O, dövrələrarası fasilədə komandadan ayrılacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Müstafa Dənizli deyib.

 

Cənub təmsilçisindən ayrıldıqdan sonra Türkiyənin “Hürriyyət” qəzetindəki yazıları ilə diqqətləri özünə çəkən Dənizli Super Liqanın III turu çərçivəsində keçirilən “Fənərbaxça” – “Qaziantepspor” matçının yekununda əsəblərini cilovlaya bilməyib.

 

“Sarı-lacivərdlilər”in sabiq çalışdırıcısı 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə bitən görüşün gedişində Emmanuel Emenike ilə Əmrə Bələzoğlu və tərəfdarlar arasında söz davasını pisləyib. Dənizli Lig TV-də həmin epizodu dəyərləndirərkən bildirib ki, nigeriyalı legionerin mövsümü “Fənərbaxça”da başa vurması mümkün olmayacaq: “Emenike “Saracoğlu”da artıq oynaya bilməz. Yəni, söhbət rahat şəkildə oynamaqdan gedir. Bunu çox iddialı şəkildə bildirirəm. Bu, Sou ilə Dyeqo arasındakı problemdən fərqlidi. Emenike “Fənərbaxça”nın kapitanına söz atır. Amma o sarğını daşıyanın sənə nəsə deməyə haqqı çatır. Emenike orada sadəcə, “oldu, kapitan!” deyə bilərdi. Üzərinə çox getmək istəmirəm. Amma transferi zamanı gəliş imzası varsa, onun hərəkəti gediş imzasıydı”

0