Azərbaycan millisi Dubayda sonuncu oldu
22.09.2014 - 16:07
Azərbaycan millisi Dubayda sonuncu oldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 yığmanın dairəvi sistemlə mübarizə apardığı yarışda çıxış edən Azərbaycan yığması sonuncu pilləni tutub.

 

Buna səbəb komandamızın son turda Albaniyaya 1:3 hesabı ilə məğlub olmasıdı. İlk turda BƏƏ ilə qolsuz heç-heçə edən, ardınca Omana 2:4 hesabı ilə məğlub olan yığmamız son matçda qələbə qazansaydı, sonuncu olmayacaqdı.

 

Qeyd edək ki, bu turnir millimiz üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyırdı.

0