Bakıya gəlməzdən öncə Hindistan klubu ilə anlaşdı - FOTO
22.09.2014 - 16:15
Bakıya gəlməzdən öncə Hindistan klubu ilə anlaşdı  - FOTO

“Mançester Yunayted”in sabiq müdafiəçisi Mikael Silvestr Bakıya gəlməmişdən öncə özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu Rober Pires, Alessandro del Pyero, David Trezeqe, Joan Kapdevila, Marko Matteratsi və Nikolya Anelkanın ardından Hindistan Superliqasında çıxış edəcək.

 

O, italiyalı Matteratsinin oyunçu-məşqçisi olduğu “Çennaiyin” klubu ilə anlaşıb. Anlaşmanın müddəti qış fasiləsinə kimi - 4 aylıqdı.

 

Qeyd edək ki, “Mançester Yunayted”dən başqa, “Renn”, “İnter”, “Arsenal” və “Verder” kimi tanınmış klublarda çıxış etmiş Mikael Silvestr ötən mövsüm “Portlend Timbers”də (ABŞ) oynayıb. 10 ilə yaxın “qırmızı şeytan” olmuş Silvestr sabah Bayıl stadionunda “Mançester Yunayted”in Bakıda futbol məktəbinin açılışı ilə bağlı mətbuat konfransında iştirak edəcək.  

 

0