FİFA rəsmisi: 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyəcək
22.09.2014 - 16:25
FİFA rəsmisi: 2022-ci il dünya çempionatı Qətərdə keçirilməyəcək

2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempionatı ilə bağlı uzun müddətdir gedən müzakirələr FİFA rəsmiləri arasında da fikir ayrılığı yaradıb. Apasport.az saytının məlumatına görə, FİFA rəhbərliyi mundialın baş tutacağında israrlı olsalar da, İcraiyyə Komitəsinin üzvü, 2006/2012-ci illərdə Almaniya Futbol İttifaqının prezidenti olmuş Teo Svansiqer fərqli mövqeni bölüşür.

 

Almaniyalı futbol funksioneri DÇ-2022-nin yerinin dəyişdiriləcəyini mümkün addım sayır: “Düşünürəm ki, sonda dünya çempionatı Qətərdə keçirilməyəcək. Həkimlər yayda, belə şəraitdə turnirin keçirilməsinə təminat vermirlər”.

 

Qeyd edək ki, UEFA-nın baş katibi Canni İnfantino dünya çempionatı ilə bağlı qərarın 2015-ci ilin martında veriləcəyini açıqlayıb.

0