Terziç “Azəryol” və “Rabitə”nin voleybolçularını Braziliya ilə oyuna aparır
22.09.2014 - 17:18
Terziç “Azəryol” və “Rabitə”nin voleybolçularını Braziliya ilə oyuna aparır

Qadın voleybolçular arasında Serbiya millisinin yekun heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç sabah İtaliyada start götürəcək mundialda Azərbaycan Super Liqasından 3 oyunçuya şans verəcək.

 

Belə ki, təcrübəli mütəxəssis “Azəryol”un yeni transferi, əməliyyatdan sonra əsas komandadan bir müddət ayrı qalacağı bildirilən Yovana Brakoçeviçi də “14-lüyə” daxil edib. Ulduz oyunçu ilə yanaşı, “Rabitə”dən Nataşa Krsmanoviç və “Azəryol”un voleybolçusu Yelena Nikoliç də Terziçin güvənəcəyi heyətdə yer alacaq.

 

Qeyd edək ki, Serbiya millisi Kamerun, Bolqarıstan, Braziliya, Kanada və Türkiyə ilə A qrupunda yer alıb.

0