[b]“Qarabağ"ın rəqibi 5 qol vurub, birinci pilləyə yüksəldi [/b]
23.09.2014 - 08:29
[b]“Qarabağ"ın rəqibi 5 qol vurub, birinci pilləyə yüksəldi [/b]

“Qarabağ”ın Avroliqada rəqiblərindən olan “Dnepr” Ukrayna Premyer Liqasında VII turun son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Dnepr-Arena”da keçirilən görüşdə rəqib Donetskin “Olimpik” klubu olub.

 

Bu tur lider “Şaxtyor” xal itirdiyindən, qazanılacaq qələbə “Dnepr”i turnir cədvəlinin zirvəsinə çıxaracaqdı. Elə belə də olub. “Dnepr” 9142 tamaşaçının izlədiyi görüşdə “Olimpik”i darmadağın edib. Dnepropetrovsk təmsilçisindən qolları Yevgeni Seleznyov (9), Bruno Qama (49), Duqlas (75) və Nikola Kaliniç (76, 89) vurub. Bununla, “Dnepr” topladığı 19 xalla liderə çevrilib.

 

Qeyd edək ki, “Qarabağ”ın rəqiblərindən bu tur yalnız İtaliya “İnter”i xal itirib. “Palermo” ilə heç-heçə (1:1) edən Milan təmsilçisindən fərqli, Fransa çempionatında “Sent-Etyen” səfərdə “Lans”dan üstün olub – 1:0.

0