Aleksandr Çervyakov: Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı
23.09.2014 - 08:57
Aleksandr Çervyakov: Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi əvəzi Aleksandr Çervyakov dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis bu gün start götürəcək mundialda inamlı çıxışa ümid etdiklərini deyib.

 

O, qrupumuzun baş məşqçilərinin iştirakı ilə Baridə baş tutan mətbuat konfransında bildirib ki, əsas məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdı: “Azərbaycan yığması dünya çempionatında iştirak etdiyi üçün çox məmnundu. Bütün tamaşaçılara bacardığımız qədər ən yaxşı oyunumuzu göstərəcəyik. İlk növbədə əsas məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı. Amma öncədən hansısa proqnoz vermək çətindi”.

 

Qeyd edək ki, qrupda ilk 4 yeri tutacaq komandalar mərhələ adlayacaq. 

0