“İnsbruk” Azərbaycan klubu ilə görüşün tarixini dəqiqləşdirdi
23.09.2014 - 10:29
“İnsbruk” Azərbaycan klubu ilə görüşün tarixini dəqiqləşdirdi

“Azərreyl”in yeni mövsümdə ilk avrokubok matçının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2 illik fasilədən sonra “Çelenc Cup”da oynayacaq “dəmiryolçular” II təsnifat mərhələsi çərçivəsində Avstriyanın “İnsbruk” klubu ilə noyabrın 11-də üz-üzə gələcək.

 

Azərbaycan təmsilçisi səfərdə baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. Paytaxtımızda olacaq cavab oyununun günü və başlama saatı isə hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, “Azərreyl” I təsnifat mərhələsindən azaddı və bu turnir oktyabrın 25-də başlayacaq. 

0