[b]AFFA-dan saxtakar məşqçiyə 1 illik cəza[/b]
23.09.2014 - 12:17
[b]AFFA-dan saxtakar məşqçiyə 1 illik cəza[/b]

Azərbaycan çempionatının I divizionunda saxtakarlıq faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi III turun “Mil-Muğan” – “Turan-T” matçında baş verənləri araşdırıb, qarşılaşmada olan qanunsuzluğu təsdiqləyib.

 

Belə ki, oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib. Tovuzlular “Mil-Muğan” komandasının 3 №-li futbolçusu 30.05.1993 tarixində anadan olan Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu doğum tarixi 11.11.1990 olan Orxan Məhərrəmovun iştirak etdiyini bildirib.

 

Nəticədə matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılmış və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. İntizam Komitəsi bütün bunları nəzərə alaraq “Mil-Muğan”a limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilməsini lazım bilib və klubu 1000 manat cərimə edib. Qaydalara əsasən matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır, vurulmuş qollar ləğv edilir.

 

“Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb, klub 1000 manat cərimə olunub.

 

Bundan başqa, qarşılaşma futbolçuların hakimi təhqir etməsi ilə yada qalıb. “Turan-T”nin üzvləri Rəşad Orucov və Taleh Qasımov bu hərəkətləri onların hər birinin 4 oyunluq cəzaya, Tovuz təmsilçisinin ümumilikdə 800 manat cəzalamasına səbəb olub.

0