Dünya futbolundakı unikal qayda pozuntusu Azərbaycan çempionatında!
23.09.2014 - 12:39
Dünya futbolundakı unikal qayda pozuntusu Azərbaycan çempionatında!

Azərbaycan çempionatının I divizionunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, III turun “Bakılı” – “Energetik” matçında əvəzetmə tablosu olmayıb.

 

Dünya futbolunda nadir hallarda təsadüf olunan belə qayda pozuntusu meydan sahiblərinin cəzalanmasına səbəb olub. Belə ki, AFFA-nın İntizam Komitəsi paytaxt təmsilçisini 200 manat cərimələyib.

 

 

 

0