Topaz Premyer Liqası: VII turun oyun cədvəli açıqlandı
23.09.2014 - 13:33
Topaz Premyer Liqası: VII turun  oyun cədvəli açıqlandı

“Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlandı

 

Topaz Premyer Liqasında VII turun  oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçiriləcək turun görüşləri iki gün davam edəcək.

 

Bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” arasında qarşılaşma sentyabrın 27-də saat 16:00-da başlayacaq. Bu oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

 

VII tur

27 sentyabr (şənbə)

16:00. “Neftçi” – “Qarabağ”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


16:00. “Bakı” – “Araz Naxçıvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. AZAL – “İnter”
“AZAL Arena”


28 sentyabr (bazar)

18:00. “Simurq” – “Sumqayıt”

Zaqatala şəhər stadionu


19:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu

 

Mənbə: pfl.az

0