“Sent-Etyen”in futbolçusu rəmzi yığmaya düşdü
23.09.2014 - 13:46
“Sent-Etyen”in futbolçusu rəmzi yığmaya düşdü

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Fransa “Sent-Etyen”inin futbolçusu Fabien Lemuan ən yaxşılar sırasına düşüb. Apasport.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisi ölkə çempionatının VI turunun rəmzi yığmasına layiq görülüb.

 

“Sent-Etyen”in kapitanı komandasının “11-liy”ə düşən yeganə futbolçusudu. Buna onun “Lans”la səfər oyununda qələbə qolunu vurmasıdı – 1:0.

 

Qeyd edək ki, siyahıda yalnız “Marsel” və “Nant” iki oyunçu ilə təmsil olunub.

 

0