[b]“Səfərdə “Qarabağ”la qarşılaşmaq heç bir komanda üçün asan olmayacaq”[/b]
23.09.2014 - 14:59
[b]“Səfərdə “Qarabağ”la qarşılaşmaq heç bir komanda üçün asan olmayacaq”[/b]

“Zədəmi tam sağaltdığım üçün sevinirəm. Artıq oynaya bilərəm”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun müdafiəçisi Kler Fransua deyib.

 

Avroliqanın qrup mərhələsinin ilk matçında Bakıda “Qarabağ”la (0:0) heç-heçə edən Fransa təmsilçisinin futbolçusu həmin görüşü xatırlayıb: “Səfərdə “Qarabağ”la qarşılaşmaq heç bir komanda üçün asan olmayacaq. Rəqib çox güclü idi. Biz isə yaxşı həftə keçirmişik. Səfərdə Azərbaycan klubu ilə heç-heçə etdikdən sonra ölkə çempionatında “Lans”ı məğlub etdik. Bu, bizim üçün yaxşı göstəricidi. İndi Liqa-1-in növbəti turunda “Bordo”ya qarşı oynayacağıq. Həmin görüşdə meydanda olmaq istəyirəm. İnanıram ki, biz qalib gələcəyik”.

0