[b]Alfred Sanko: Həkimlər dedilər ki...[/b]
23.09.2014 - 16:11
[b]Alfred Sanko: Həkimlər dedilər ki...[/b]

Topaz Premyer Liqasının VI turunda “Araz-Naxçıvan”la oyunda zədələnən “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alfred Sankonun durumun ciddi olmadığı ortaya çıxıb. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.

 

Syerre-leoneli futbolçu bildirib ki, 1 həftədən sonra komandaya qoşulacaq: “Müayinə olundum və zədəmin ciddi olmadığı aşkara çıxdı. Əvvəlcə Türkiyəyə gedəcəyim gözlənilirdi. Amma həkimlər dedilər ki, elə Bakıda da müalicə oluna bilərəm. “Xəzər Lənkəran”ın “Qəbələ”yə qarşı keçirəcəyi oyunda meydana çıxmayacam. Amma VIII turda “Bakı” ilə oyunda komandama kömək edəcəm”. 

0