Angelina Qrün qayıtdı
23.09.2014 - 16:47
Angelina Qrün qayıtdı

“Rabitə”nin sabiq voleybolçusu Angelina Qrün karyerasını bərpa edib. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə Bakı klubu ilə Azərbaycan çempionu adını qazanan və dünya çempionatının finalında çıxış edən 35 yaşlı universal oyunçu artıq özünə yeni komanda tapıb.

 

O, karyerasını 297 matçda milli formasını geyindiyi Almaniyada davam etdirəcək. Ulduz voleybolçu II Bundesliqada mübarizə aparan “Marmaqen-Netterheym” klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Qrün “Rabitə” ilə müqaviləsi bitdikdən sonra analıq məzuniyyətinə çıxmışdı. 

0