“Qarabağ”ın rəqibi əsas qapıçısı ilə yeni müqavilə imzaladı - FOTO
23.09.2014 - 18:48
“Qarabağ”ın rəqibi əsas qapıçısı ilə yeni müqavilə imzaladı - FOTO

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” komandanın əsas qapıçısı Stefan Ruffierlə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, qolkiper daha 4 il Fransa klubunun şərəfini qoruyacaq.

 

“Yaşıllar” Ruffierlə 2018-ci ilə qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə ilk oynu sentyabrın 18-də Bakıda baş tutmuşdu. Stefan Ruffier Tofiq Bəhramov adına Respublika stadionunda 0:0 hesabı ilə yekunlaşan matçın əsas heyətində meydana çıxmışdı.

0