Portuqaliya millisi Fernando Santosa tapşırıldı
23.09.2014 - 20:39
Portuqaliya millisi Fernando Santosa tapşırıldı

Portuqaliya yığmasının yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, ölkə futbol federasiyasının rəhbərliyi bir müddət əvvəl istefaya göndərilən Paulo Bentunun əvəzinə yeni çalışdırıcı tapıb.

 

Bu, Fernando Santosdur. 59 yaşlı mütəxəssis bundan sonra komandanın “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, Santosun son iş yeri Yunanıstan millisi olub. 2011-2014-cü ilə qədər yunanları çalışdıran Fernando Braziliyada keçirilən dünya çempionatından sonra komandanan ayrılıb. 

0