UEFA İsveç klubunu cərimələdi
23.09.2014 - 21:42
UEFA İsveç klubunu cərimələdi

UEFA İsveçin “Malmö” klubunu cərimələyib. Apasport.az saytının məlumatına görə, buna sabəb Çempionlar Liqasının pley-off mərhələsinin “Zalsburq”la cavab oyununda azarkeşlərin tribunalarda qeyri-etik hərəkətləri olub.

 

Ali futbol qrumu 3:0 hesabı ilə Avstiya təmsilçisinin xeyrinə başa çatan matçda “Malmö”yə 30 min avro məbləğində cərimə kəsib.

 

Bundan başqa, UEFA “Malmö”ni bir avrokubok oyunu zamanı stadionun birinin sektorunu bağlaması ilə hədələyib. Əgər belə bir hadisə yenidən təkrarlanarsa, verilən qanun qüvvədə qalacaq.

0