“Roma” və MOİK cəzalanacaq
23.09.2014 - 21:46
“Roma” və MOİK cəzalanacaq

UEFA-nın İntizam Komitəsi “Roma” və MOİK-i cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, ali futbol qrumu Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda bu iki komanda arasında baş verən hadisəyə baxacaq.

 

Belə ki, İtaliyanın paytaxtında reallaşan matçda “hərbçilər”in azarkeşlərindən biri bacaq xəsarəti almışdı. Digər fanat isə başından butulka ilə yaralanmışdı. 5:1 hesabı ilə başa çatan oyunun ikinci hissəsində ruslar “canavarlar”ın azarkeşlərinin oturduğu sektora isə yanan maddələr atıblar.

 

Bunun üçün də UEFA xoşagəlməz hadisəyə bir daaha baxacaq. Daha sonra hər iki kluba doğru olan cəzaları verəcək.

0