"Barselona"nın müdafiəçisi zədəsini sağaltdı
23.09.2014 - 22:15
"Barselona"nın müdafiəçisi zədəsini sağaltdı

"Barselona"nın heyətində şad xəbər. Apasport.az saytının məlumatına görə, bu yay "Arsenal"dan Kataloniya klubuna keçən Tomas Vermalen zədəsini sağaldıb.

 

Belçika millisinin 28 yaşlı üzvü bu gün komanda ilə birgə  məşqlərə başlayıb. Müdafiəçinin La Liqada sabah "Malaqa" ilə reallaşacaq oyununda iştirak edəcəyi gözlənilmir.

0