“Xəzər Lənkəran” Qəbələdən 1 xalla ayrıldı
28.09.2014 - 19:51
“Xəzər Lənkəran” Qəbələdən 1 xalla ayrıldı

Bu gün Topaz Premyer Liqasında VII turun görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi daha iki qarşılaşma baş tutub.

 

Əvvəlcə meydana zirvə uğrunda mübarizə aparan “Sumqayıt”la son 3 turda qələbə üzünə həsrət qalan “Simurq” çıxıb. Ötən həftə evdə AZAL-a minimal hesabla (1:0) uduzan “Gənclər şəhəri” təmsilçisi yenə məğlubiyyətdən qaça bilməyib. Fasiləyə minimal hesablı üstünlüklə yollanan Aqil Məmmədovun yetirmələri ikinci hissədə daha bir dəfə meydan sahiblərini cəzalandırıb. Qoldan sonra özünü itirməyən zaqatalalılar 14 dəqiqə ərzində qonaqları 3 dəfə mərkəzdən başlamağa məcbur ediblər.

 

Beləliklə, rəqibi üzərində əzmkar qələbə qazanan (3:2) Zaqatala klubu “qara zolaq”dan çıxmağı bacarıb. “Sumqayıt”ın isə yenidən liderliyi ələ keçirmək ümidləri gözündə qalıb.

 

Günün ikinci matçı da əyalətdə baş tutub. Qəbələdə şəhərin eyni adlı komandası “Xəzər Lənkəran”ı sınağa çəkib. Hər iki kollektiv son turda aktivinə 3 xal yazdırmağı bacarmışdırsa, bu dəfə əyalət derbisində növbəti qələbəyə sevinmək niyyətində idilər. Lakin matçda qalib müəyyənləşməyib.

 

İlk hissədə qol görməyən azarkeşlər fasilədən sonra 2 dəfə qapıçıların topu tordan çıxartmalarına şahidlik ediblər. 46-cı dəqiqədə Cavid Hüseynovla hesabı açan meydan sahibləri üstünlüyü sona qədər qoruya bilməyiblər. İkinci hissədə meydana daxil olan Dejan Blajevski komandasını məğlubiyyətdən xilas edib. “99” nömrəli futbolçu matçın başa çatmasına 7 dəqiqə qalmış cənubluların bərabərlik qoluna imza atıb – 1:1.

 

Qeyd edək ki, ötən gün AZAL - “İnter” matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. “Bakı” paytaxtda “Araz-Naxçıvan”ı 2:1, hesabı ilə üstələyib. Turun mərkəzi görüşü - “Neftçi” – “Qarabağ” oyununda isə sevinən tərəf ağdamlılar olub - 1:3.

 

Topaz Premyer Liqası

VII tur

28 sentyabr (bazar)

“Qəbələ” – “Xəzər Lənkəran” - 1:1

QOLLAR: Cavid Hüseynov, 46 - Dejan Blajevski, 83

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov

Qəbələ şəhər stadionu

 

QƏBƏLƏ: 1. Kamran Ağayev, 4. Elvin Camalov, 7. Ruslan Əmircanov, 11. Andrey Kristea, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde Pinto, 26. Pavol Farkaş, 34. Ürfan Abbasov, 44. Rafael Santos

 

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Şirməhəmməd Məmmədov, 9. Viktor Mendi, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun

Baş məşqçi: Dorinel Muntyanu

 

XƏZƏR LƏNKƏRAN: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skuardelli, 5. Tyaqo De Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev, 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov

 

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 10. Elnur Abdullayev, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 28. Fernando Qabriel, 97. Elnur Cəfərov, 99. Dejan Blajevski    

Baş məşqçi: Oğuz Çətin

 

 

“Simurq” – “Sumqayıt” - 3:2

QOLLAR:  Adam Banaş, 60, İlkin Qırtımov, 73,  Marko Stanoyeviç, 74 - Məhəmməd Qurbanov, 34-pen,  Orxan Əliyev, 57

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov

Zaqatala şəhər stadionu

 

SİMURQ: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov, 9. Lukas Tresnak, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 13. Ali Gökdemir, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı

Baş məşqçi: George Çixradze

 

SUMQAYIT: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 86. Fərid Quliyev

Baş məşqçi: Aqil Məmmədov

 

Komanda

o

q

h

m

t/f

x

1. İnter

7

4

2

1

20-4

14

2. Sumqayıt

7

4

0

3

10-10

12

3. Qarabağ

6

3

2

1

9-6

11

4. Qəbələ

7

3

2

2

7-8

11

5. Neftçi

6

3

1

2

5-7

10

6. Simurq

6

3

0

3

9-7

9

7. Xəzər L

7

2

2

3

5-6

8

8. AZAL

6

2

2

2

5-8

8

9. Bakı

6

1

1

4

5-16

4

10. Araz N

6

1

0

5

5-7

3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Mikel Alvaro (“İnter”) – 5.

 

0