“Bakı” - “Simurq” oyunun vaxtı bəlli oldu
29.09.2014 - 23:09
“Bakı” - “Simurq” oyunun vaxtı bəlli oldu

Topaz Premyer Liqasının VII turunda "Sumqayıt"la qarşılaşan “Simurq” ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən gün səhər saatlarında məşqə çıxan zaqatalalıların heyətində “Gənclər şəhəri” təmsilçisi ilə matçda forma geyinən futbolçulara qaçış və isinmə hərəkətlərindən sonra istirahətə çəkilib.

 

Digərləri isə kiçik qapılarda ikitərəfli oyunla çalışmaları tamamlayıb.

 

Oktyabrın 2-də ilk turda təxirə salınmış "Bakı" ilə oyuna çıxacaq komanda bu gün Zaqataladakı hazırlıqları bitirərək paytaxtda yola düşəcək.

 

Qeyd edək ki, "Bakı" - "Simurq" qarşılaşması saat 16:00-da, "Bakı FK-nın təlim-məşq toplanışı bazası"nda keçiriləcək. 

 

 

0