Türkiyə PTT I Liqasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daxil edilməyən Mahir Şükürovun komandası "Karşıyaka" evdə "Şanlıurfaspor"la üz-üzə gəlib.
Ötən tur “Osmanlıspor”a (3:1), Türkiyə kubokunda “Altaya” uduzan (4:3 - ümumi hesab 5:4) təmsilçimizn klubu yenə də xal üznə həsrət qalıb. Görüşdə Şanlıurfaspor" 1:0 hesablı qələbə qazanıb.
Son 2 turdur "Karşıyaka"da forma şansı əldə edə bilməyən Mahir bu dəfə meydana start heyətdə daxil olub. Lakin baş məşqçimiz Berti Foqtsa lazım olmayan müdafiəçimiz oyunun 60-cı dəqiqəsində Çiço Ofoedu ilə əvəzlənib.
Qeyd edək ki, "Karşıyaka" keçirdiyi 4 oyundan 4 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.