Cavid İmamverdiyev Türkiyədə ilk qolunu vurdu
30.09.2014 - 00:20
Cavid İmamverdiyev Türkiyədə ilk qolunu vurdu

Türkiyə PTT I Liqasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbayvanlı futbolçu Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Orduspor"u qonaq edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Meydana start heyətində daxil olan Cavid 90 dəqiqə forma geyinib. Həmçinin futbolçumuz komandasının ilk qolunu vurub. O, matçın 8-ci dəqiqəsində hesabı açıb. Digər 2 qolu isə Çakır vurub.

 

Bu qələbədən sonra Elazığ təmsilçisi xalını 4-ə çatdırıb və turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib.

0