Diniyev əcnəbilərin arasında
30.09.2014 - 09:00
Diniyev əcnəbilərin arasında

“İnter” futbolçularının Topaz Premyer Liqasının VII turunun AZAL-la oyunundakı fəallığı məlum olub. Apasport.az saytının məlumatına görə, İnStat Football” şirkəti 1:1 hesabı ilə başa çatan qarşılaşmada ən çox məsafə qət edən “bankirlər”in siyahısını açıqlayıb.

 

5 futbolçudan ibarət siyahıda 4 legioner yer alıb. Yalnız Coşqun Diniyev əcnəbilər arasına düşə bilib. 11 min 554 metr qət edən futbolçu bu göstəricidə 2-cidir. Slavço Georgiyevski 12 min 111, Arif Daşdəmirov 11 min 163, Laşa Salukvadze 10 min 502, Məhəmməd Mirzəbəyov 10 min 431  metr qaçıb.

 

Qeyd edək ki, “İnter”in üzvləri ümumilikdə 117,18  kilometr məsafə qət edib.

.

0