Avropada 50-ci: “Qarabağ” “Neftçi”yə çatır
30.09.2014 - 10:55
Avropada 50-ci: “Qarabağ” “Neftçi”yə çatır

Avropa Liqasının qrup mərhələsinin II turunun “İnter”lə İtaliyadakı oyunu “Qarabağ” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə. Azərbaycan çempionu avrokuboklarda 50-ci matçına çıxacaq. Yubiley oyunu Milandakı “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.

 

Qitə miqyaslı turnirlərdə 18 il əvvəl debet edən “Qarabağ” 20-ci qələbəsinin həsrətindədi. Son 4 matçda qələbə qazana bilməyən, ardıcıl 3 heç-heçə edən ağdamlılar indiyədək 19 dəfə qalib gəlib. Hesabında 12 heç-heçə cə 18 məğlubiyyət olan komanda 50 qol vurub, 69-nu buraxıb.

 

Təmsilçimiz qitə miqyaslı 4 turnirdə çıxış edib. Yalnız Kuboklar kubokunda qələbəsi olmayan “Qarabağ” ilk matçını 1996-cı il avqustun 8-də öz meydanında Finlandiya “MüPA”sına qarşı keçirib və 0:1 hesabı ilə uduzub. Yubiley – 25-ci oyunda da qonaqlar 1 qolla qalib gəlib. 2010-cu il iyulun 29-da Polşadakı görüşdə təmsilçimiz “Visla”dan üstün olub.

 

turnir

O

Q

H

M

T/F

Çempionlar Liqası

4

3

0

1

7-3

Kuboklar Kuboku

4

0

1

3

1-12

UEFA kuboku/Avropa Liqası

37

15

11

11

40-43

İntertoto kuboku

4

1

0

3

2-11

Cəmi

49

19

12

18

50-69

 

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 50 oyun keçirən 2-ci Azərbaycan klubu olacaq. Ağdamlılara qədər yalnız “Neftçi” buna nail olmuşdu. Hesabında 50 matç olan bakılılar 14 qələbə qazanıb, 13 heç-heçə edib və 23 dəfə uduzub. Top fərqi təmsilçimizin xeyrinə deyil – 47:80.

0