[b]AFFA Rafael Əmirbəyovu cəzalandırdı[/b]
30.09.2014 - 11:45
[b]AFFA Rafael Əmirbəyovu cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VII turunun oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

 

“Bakı” – “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu üzdən 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat ziyana salıb.

 

“Neftçi” – “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. AZAL – “İnter” matçında hər iki komandanın 4 futbolçusu xəbərdarlıq aldığından onlar ad eyni cəriməni ödəyəcək. “Xəzər Lənkəran”la ev oyununda 4 sarı vərəqə alan “Qəbələ” də 1000 manat ödəməli olacaq

0