“İnter” növbəti tura baş məşqçisiz çıxacaq
30.09.2014 - 12:04
“İnter” növbəti tura baş məşqçisiz çıxacaq

Bakının “İnter” klubunun əvəzedici heyətinin baş məşqçisi Rüstəm Əliyev cəzalanıb. Apasport.az saytının məlumatına görə, buna onun VII turun AZAL-la səfər matçında texniki zona qaydalarını pozması səbəb olub. AFFA-nın İntizam Komitəsi çalışdırıcını 1 oyunluq cəzalandırıb. Paytaxt təmsilçisini 500 manat cərimələyib.

 

Bundan başqa, əvəzedicilərinə görə “Neftçi” və “Araz Naxçıvan” hərəyə 500 manat ödəməlidir. Onların hər ikisi sarı vərəqə limitini aşmaq üzündən cəzalanıb. Sonuncular qırmızı vərəqə alan Əbülfəz Hacıyev üçün də 100 manat xərcə düşüb. Futbolçu isə 1 oyunluq cəzalanıb.

0