Ölkə çempionatının növbəti turu təxirə salındı
30.09.2014 - 13:10
Ölkə çempionatının növbəti turu təxirə salındı

Yunanıstan çempionatının VI turunun oyunlartı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb III divizionun qarşılaşmasında baş verən bədbəxt hadisədir.

 

Belə ki, həmin görüş zamanı azarkeşlər arasında yaşanan toqquşma nəticəsində 46 yaşlı Kostas Kastulis komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Bu üzdən Yunanıstan hökuməti VI turun bütün oyunlarını təxirə salıb. Bu qərar tək futbola deyil, basketbol və həndbol çempionatlarına da həvalə edilib.  

0