Arif Əsədov “Neftçi”nin planlarını açıqladı
30.09.2014 - 14:51
Arif Əsədov “Neftçi”nin planlarını açıqladı

“Neftçi” milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə Bakıda hazırlıq keçəcək. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.

 

O bildirib ki, əvvəlcə Gürcüstana getmək istəsələr də, bu baş tutmayıb: “Əvvəlcə Gürcüstana getmək istəyirdik. Əsasən rəqiblərə görə hazırlığı orda keçirmək niyyətində idik. Yəni xarici ölkə klubu ilə hazırlıq matçları keçirmək yaxşı olardı. Amma bu, alınmadı. Çünki millidən bizə faks gəldi. 4 futbolçumuz əsas milliyə, 5 futbolçumuz da U-21-ə gedəcək. Komandanın yarısı getdikdən sonra belə düşündük ki, Bakıda hazırlıq keçək. Həmçinin, Julius Vobay da Syerre-Leone milli komandasına dəvət alıb. Hazırlığa paytaxtda başlayacağıq”.

 

Əsədovun sözlərinə görə, 2 yoxlama görüşü keçirməyi planlaşdırırlar: “Oktyabrın 6-da və 10-da iki yoldaşlıq görüşündə meydana çıxacağıq. Rəqiblərimizdən biri artıq bəllidir. Oktyabrın 10-da “Bakı” ilə qarşılaşacağıq. Digər oyunumuzu isə hansı komanda ilə keçirəcəyimiz haqqında hələ dəqiq məlumat yoxdur”.

0