[b]Azərbaycan üçün Çempionlar Liqasında 2 yer![/b]
30.09.2014 - 15:26
[b]Azərbaycan üçün Çempionlar Liqasında 2 yer![/b]

Avropa Voleybol Konfederasiyası (CEV) qadın klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2010-2013-cü illərdə rekordlarını yeniləyə-yeniləyə tarixinin ən yüksək pilləsinə qalxan Azərbaycan bu dəfə mövqeyini qoruyub.

Ölkəmiz avrokuboklar üçün açıqlanan yeni siyahıda yenə 4-cü yerdədir. Amma 1 il öncə aktivində 339,66 xalı olan Azərbaycan yüksək əmsalını qoruya bilməyib. Ölkəmizin reytinq xalı 310,33-ə enib.

 

Bu pillə qadın komandalarımızın son 3 mövsümdəki çıxışlarına əsasən hesablanıb. Həmin mövsümlərdə “Rabitə” Çempionlar Liqasının gümüş və bürünc medalını qazanıb, “Lokomotiv” “Çelenc Cup”ı muzeyinə aparıb.


Bu reytinqə əsasən qadın komandalarımız 2015/2016-cı illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququnu saxlayıb. “Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.

Reytinq cədvəlinin ilk “üçlüyü”nə gəlincə, burada son pillədə dəyişiklik olub. Qitə voleybolunun nəhəngləri yenə ön sıralarda – Azərbaycandan irəlidə qərarlaşıb: Türkiyə (479,67) liderliyini, Rusiya (435,67) isə ikinciliyini qoruyub. Bu, hər 2 ölkəyə Çempionlar Liqasında 3 komanda ilə oynamaq hüququ verib. Son zamanlar maliyyə böhranı yaşayan İtaliya (270,33) isə “üçüncülüyü” Fransaya (311,33) təhvil verərək, 7-ci yerə düşüb. Buna baxmayaraq, 3-7-ci pillələrin sahibləri qitənin ən nüfuzlu klub turnirinə 2 komanda ilə qatılacaqlar.

Lakin Azərbaycan və Fransa da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri “wild card”la verəcək. Bu isə yarış ərəfəsində dəqiqləşir.

 

 

İl

Mövsüm üçün

Yer

Xal

ÇL

CEV

Çelenc Cup

Klubların cəmi

2010

2011/2012

15

154,33

-

2

2

4

2011

2012/2013

8

224,33

1

2

2

5

2012

2013/2014

6

297,66

2

2

1

5

2013

2014/2015

4

339,66

2

2

1

5

2014

2015/2016

4

310,33

2

2

1

5

 

Qeyd edək ki, ötən il Çempionlar Liqasına 3 klubla qatılan Azərbaycan 2014/2015 mövsümündə yenə 2 komanda ilə oynayacaq.

0