[b]“Qarabağ” Roberto Mançiniyə yol aça bilər[/b]
30.09.2014 - 16:37
[b]“Qarabağ” Roberto Mançiniyə yol aça bilər[/b]

İtaliyanın “İnter” klubunda baş məşqçi dəyişikliyi baş verə bilər. Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

Onların yazdığına görə, Avroliqanın qrup mərhələsinin II turunda oktyabrın 2-də evdə “Qarabağ”ı qəbul edəcək Milan təmsilçisinin baş məşqçi postuna yenidən Roberto Mançini qayıda bilər. Səbəb isə “İnter”in uğursuz çıxışıdır. Komandanın prezidenti Erik Tohir uğursuzluqdan narahatdır . O, A Seriyasının son oyununda “Kalyari”yə 1:4 hesablı məğlubiyyətdən sonra komandaya xəbərdarlıq da edib.

 

İtaliyalı həmkarlarımız qeyd edib ki, əgər “İnter” Avroliqada “Qarabağ”a uduzsa, Valter Matsarri vəzifəsindən gedəcək. Yerinə isə Roberto Mançini gələcək.

 

Qeyd edək ki, son klubu “Qalatasaray” olan Mançini “İnter”lə 2004-2008-ci illərdə 4 dəfə İtaliya çempionu olub. Klubun prezidenti də onun bu uğurlarını nəzərə alaraq, onu yenidən komandaya qaytarmaq niyyətindədir.

0