Millimizin rəqibi “Benfika”nı darmadağın etdi
30.09.2014 - 16:50
Millimizin rəqibi “Benfika”nı darmadağın etdi

Portuqaliyanın 17 yaşadək qızlardan ibarət yığması yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Mariza Qomeşin yetirmələri dünən “Benfika” ilə qarşılaşıb və adlı-sanlı rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

 

Oyun hissəsi 20 dəqiqədən ibarət olan 3 taym şəklində oynanılıb. Portuqaliya yığması seçmə mərhələnin hazırlıqlarının ikinci mərhələsinə bu gün və sabah Riu-Mayorda keçiriləcək məşqlərlə davam edəcək.

 

Portuqaliya yığmasının heyətində 20 futbolçu hazırlıqlarda iştirak edir: Katarina Amadu (“Poyareş”), Bruna Roşa (“Boavişta”), Barbara Markeş, İneş Qalvan (“Pontinya”), Rita Şeqansaş (“Alberqariya Mazel”), Neuza Bezuqu (“Setubal” futbol məktəbi), Mişelle Kardozu (“Ayntraxt” Frankfurt, Almaniya), Bruna Koşta (“San-Luis”), Laura Silva (“Apel”), Andrea Neveş (“Barmbek-Uhlenhorst”, Almaniya), Ana Rita Oliveyra (“Sandinensiş”), Beatriz Vieyra (“Ereyra Benfika”), Diana Qomiş (“Freamunde”), Jozefine Monteyru (“Stabek”, Norveç), Beatriz Korreya (“Valadareş Qaya”), Daniela Arauju, Leandra Pereyra, Marqarida Maşadu (hər üçü “Vilaverdense”), Ana Koutinyu, Mariana Fonq (hər ikisi “Vizeu 2001”).

 

Qeyd edək ki, Portuqaliya U-17-si millimizin seçmə mərhələdəki rəqiblərindən biridir. Macarıstanda keçiriləcək qrup oyunlarında pireneylilərlə oktyabrın 16-da üz-üzə gələcəyik. Bu matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

0